SON XƏBƏRLƏR

İran Almaniyaya nota verib

2022.10.28, 05:34
İran Almaniyaya nota verib

Gunaz.tv

İran XİN başçısının siyasi məsələlər üzrə müavini Əli Baqiri bəzi Almaniya rəsmilərinin İranda nümayişlərlə barədə verdiyi açıqlamalarla bağlı səfirə nota verib.

İran Berlinin mövqeyini beynəlxalq hüququn qayda və prinsiplərinə zidd qiymətləndirib və iki ölkə arasında münasibətlər üçün qəbuledilməz adlandırıb.

Qeyd edək ki, İranda etirazların zorakılıqla yatırılması, Avropa ölkələri vətəndaşlarının saxta ittihamlarla həbsi və ölkədə insan haqlarının vəziyyətinin kritik olması Avropa ölkələrinin hakimiyyət orqanlarının reaksiyası ilə nəticələnib.

Oktyabrın 26-da Almaniyanın xarici işlər naziri Analena Baerbok İranda insan haqları ilə bağlı vəziyyətə reaksiya verərək, yaydığı bəyanatda ölkəsinin İrandan girişə məhdudiyyətləri gücləndirəcəyini və bu məhdudiyyətlərin Avropa Birliyinin daha əvvəl elan etdiyi sanksiyalar paketindən kənar olduğunu açıqlayıb.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar