SON XƏBƏRLƏR

İran məhkəməsi Tehranda bir neçə etirazçıya ölüm hökmü və uzunmüddətli həbs cəzası verib

2022.11.14, 08:19
İran məhkəməsi Tehranda bir neçə etirazçıya ölüm hökmü və uzunmüddətli həbs cəzası verib

Gunaz.tv

Məlumata görə, bir nəfər barəsində edam hökmü çıxarılıb və 5 nəfər isə 5-10 il arası həbs cəzalarına məhkum ediliblər.

Bu hökmlər İran parlamentinin nümayəndələrinin etirazçıların edam edilməsi tələbindən sonra verilib və elan edilib.

Bu məlumatın yayılması ilə eyni vaxtda ölkənin baş prokuroru Məhammədcəfər Müntəziri “məhkəmə sisteminin öz vəzifə və öhdəliklərini mütləq yerinə yetirdiyini” iddia edib.

O, İranda baş verən etiraz aksiyalarını Amerika və başqa bir neçə Qərb ölkəsinin oyunu olduğunu, etirazçıların xarici ölkələr tərəfindən pulla ələ alındıqlarını və aldadıldıqlarını iddia edib.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar