SON XƏBƏRLƏR

İran məhkəməsi fransalı turisti uzun illik həbs cəzasına məhkum edib

2022.06.29, 12:12
İran məhkəməsi fransalı turisti uzun illik həbs cəzasına məhkum edib

Gunaz.tv

Qərara görə, Məşhədin Adilabad zindanında saxlanılan Fransa vətəndaşı 8 il 8 ay həbs cəzasına məhkum edilib.

Breyerin vəkillərindən olan Səid Dehqanın bildirdiyinə görə, hökm Xorasan Rəzəvi Apellyasiya Məhkəməsinin 7-ci şöbəsi tərəfindən verilib. Dehqanın sözlərinə görə, qərarda Fransa “düşmən dövlət” kimi tanınır. Başqa tərəfdən, Breyerin məhkum edilməsinin səbəblərindən biri kimi “Ukrayna təyyarəsinin qurbanları ilə həmdərdlik” göstərilib.

Bu cəzanın verilməsinin digər səbəbləri kimi Fransa vətəndaşının informatika sahəsində ekspertiza, birdən çox sabit disk və mobil telefona sahib olması  göstərilib.

Ötən qış Benjamin Breyer Məşhəd İnqilab Məhkəməsinin 4-cü şöbəsi tərəfindən “rejimə qarşı təbliğat və casusluq” ittihamı ilə 8 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fransız turistin məhkəməsi həbsindən altı yüz gün sonra, 20 yanvar 2022-ci ildə keçirilib.  

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar