SON XƏBƏRLƏR

İran məhkəmə sisteminin başçısı etirazçıları hədələdi: "Əmlakları müsadirə olunacaq"

2022.09.27, 11:33
İran məhkəmə sisteminin başçısı etirazçıları hədələdi: "Əmlakları müsadirə olunacaq"

Gunaz.tv

"Etirazlara dəstək verənlər kəşfiyyat və təhlükəsizlik məmurları vasitəsilə ifşa edilib və əməllərinin cəzasını alacaqlar",- deyə, məhkəmə sisteminin başçısı bildirib.

O, bir sıra tanınmış və sosial mediada fəal olan şəxsləri də hədələyib və cəzalandırılacağını deyib.

Bundan öncə İran milli yığmasının keçmiş kapitanı, dünya səviyyəsində tanınan futbol ulduzu Əli Kərimi aksiyaçılara qarşı repressiyaları pisləyib.

Bundan sonra İran hökuməti ona məxsus villanın qarşısına əmlakın müsadirə ediləcəyi ilə bağlı lövhə quraşdırıb.

Ancaq daxil və xaricdə olan idmançı, sənətçi və nüfuzli şəxslərin etirazlarından sonra hökumət quraşdırdığı lövhəni götürməyə məcbur olub.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar