SON XƏBƏRLƏR

İran müəllimləri məktəblərə kimyəvi hücumlarla bağlı bəyanat yaydı

2023.03.10, 14:29
İran müəllimləri məktəblərə kimyəvi hücumlarla bağlı bəyanat yaydı

Gunaz.tv

Bəyanatı imzalayan tanınmış alim və üəllimlər son aylar məktəblərə hücumları pisləyiblər.

"Daxili və xarici təhlükəsizliyi qoruduğunu iddia etməsinə baxmayaraq, milli təhlükəsizliyə qarşı bu aşkar təhdid qarşısında aylardır səssiz qalan və qabaqlayıcı tədbirlər görməyən hökumət üçün çox utanc verici bir hadisədir",- bəyanatda qeyd edilib.

Bəyanat müəllifləri hadisəni şagirdlərə qarşı bağlışlanmaz cinayət adlandırıb və tehran hökumətinə xəbərdarlıq ediblər.

"Övladlarının həyatının təhlükədə olmasından nigəran olan valideynlərin qəzəb və üsyanından qorxun və bu cinayətləri törədənlərin ifşa edilərək cəzalandırılmasını təmin edin",- müəllimlər hakimiyyətdən tələb ediblər.

Qeyd edək ki, son aylar İranın 300-ə yaxın məktəbində 7 mindən çox şagird zəhərlənib.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar