SON XƏBƏRLƏR

İran mediası Azərbaycanı təbrik etdiyinə görə Təbrizin millət vəkilini hədəfə aldı

2021.11.12, 10:59
İran mediası Azərbaycanı təbrik etdiyinə görə Təbrizin millət vəkilini hədəfə aldı

Gunaz.tv

 Fars şovinistlərinin media qurumları Təbrizin millət vəkili Əhməd Əlirzabeygini Qarabağın azadlığının ildönümünü təbrik etdiyi üçün satqınlıqda ittiham ediiblər.

“Bundan öncə Şərqi Azərbaycan valisi vəzifəsini daşıyan və bir neçə dövr millət vəkili olan Əhməd Əlirzabeygi Qarabağın azadlığının ildönümünü təbrik edib. O,  rəsmi toplantıda İranı narkotik qaçaqmalçılığında ittiham edən İlham Əliyevin çıxışından sonra barışcıl mövqe nümayiş etdirməyə çalışır”-deyə, "Azəriha" saytı yazıb.

Mətbu orqan Təbrizin millət vəkilini gərgin olan İran-Azərbaycan münasibətlərində tərəf tutmaqda ittiham edib.

“İranlı sürücülərin, din xadimlərinin həbsinə, Bakıdakı "Hüseyniyyə"nin bağlanmasına, Azərbaycanın milli pulu üstündə Xudafərin körpüsünün şəklinin əks olunmasına, Ankara və İsrailin dəstəyi ilə İran-Ermənistan sərhədinin işğal edilmə cəhdinə heç bir münasibət bildirməyən Əlirzabeygi Qarabağın azadlığını təbrik etməsi nə deməkdir”-deyə, təbrizli nümayəndə barəsində ittiham dolu ifadələr qeyd olunub.

Yazıda qeyd olunub ki, Əhməd Əlirzabeyginin İran-İraq müharibəsi dövrü Xurrəmşəhrin azad edilməsi, Abadanın mühasirədən qurtarılması, Livanın cənubunun işğalının qarşısının alınması günlərini yada salmadığı halda Qarabağı unutmaması şübhəlidir.

Dərc olunan materialda İran Qorucular Şurasına müraciət edilib və Əlirzabeyginin səlahiyyətinə yenidən baxılması istənilib.

“Parlament "beşinci kolon"un yeri deyil”-deyə, millət vəkili Azərbaycan Respublikasının mövqeyini müdafiə etməkdə günahlandırılıb.

Qeyd edək ki, Təbrizin İran parlamentindəki nümayəndəsi və Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Əhməd Əlirzabeygi özünün "Twitter" hesabında paylaşım edərək Azərbaycanın Ermənistan üzərində qələbəsini-Zəfər bayramını təbrik edib.

“Qarabağın azadlığının ildönümünü, bu böyük bayramı, Azərbaycan Respublikasındakı bacı-qardaşlarıma təbrik edirəm.

İran qonşuları içərisində Azərbaycanla ən çox ortaq yönlərə malikdir. Düşmənlər bu imkanı böhrana çevirməyə çalışırlar. Ancaq qarşılıqlı və ürəkdən olan bağlılıqlar onları məyus edəcəkdir”-deyə, Əhməd Əlirzabeygi təbrik mesajında yazıb.

Xatırladaq ki, bundan öncədə İran mətbuatı Əlirzabeygini Azərbaycanla bağlı məntiqli mövqeinə görə hədəf alaraq satqınlıqda ittiham edib. 

C.E

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar