SON XƏBƏRLƏR

İranın rəsmi qəzetləri Azərbaycanla bağlı mövqeyinə görə Əfşar Süleymanini hədəfə aldı

2021.10.20, 07:36
İranın rəsmi qəzetləri Azərbaycanla bağlı mövqeyinə görə Əfşar Süleymanini hədəfə aldı

Gunaz.tv

Sözügedən mətbu orqanlar sabiq səfiri Azərbaycan Respublikasının xeyrinə çıxış etməkdə, İsraili dəstəkləməkdə ittiham edib.

Keçmiş diplomata qarşı hücum Əfşar Süleymaninin sentyabrın 30-da İranın “Etimad” qəzetində İran-Azərbaycan arasında baş verən gərginliklə bağlı məqaləsindən sonra başlanıb. 

“Etimad” qəzetində yayınlanan təhlili yazıda Əfşar Süleymani gərginliyin yaranmasında İran hökumətini qınayıb.

O, ikinci Qarabağ müharibəsi dövründə Rusiyadan hərbi texnikaların İran vasitəsilə Ermənistana ötürüldüyünü yanlış addım sayıb və bunun münasibətlərin gərginləşməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Sabiq səfir eyni halda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin son çıxışlarını İranın hədələrinə qarşı cavab olduğunu bildirib.

İran mətbuatı səfirin fəaliyyətinin bir daha araşdırılmalı olduğunu bildirib. Qəzet yazıb ki, sabiq səfirin onun haradan göstəriş aldığı müəyyən olunmalı və o, ifşa edilməlidir.

“Keyhan” qəzeti İran Kəşfiyyat Nazirliyinə müraciət edərək Əfşar Süleymanini “Azərbaycanın beşinci kolon”u adlandırıb, onun fəaliyyətinin araşdırılmasını və barəsində ölçü götürülməsini tələb edib.

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar