SON XƏBƏRLƏR

İran hökuməti müxalif sosial media fəallarını təhdid edir

2022.09.14, 05:54
İran hökuməti müxalif sosial media fəallarını təhdid edir

Gunaz.tv

İran İnqiab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Salaminin bu ölkənin "kiber ordusu"nun gücü barədə çıxışından sonra xaricdə fəaliyyət göstərən müxalif sosial media kanallarına hücumlar artırılıb.

SEPAH-a bağlı trollar Tehran hökumətinə müxalif media orqanlarına kiber hücumlarını artırıb, sosial media şəbəkəsində üzvlərə təhdid edici mesajlar göndərməyə başlayıblar.

"Hörmətli istifadəçi, sizin üzv olduğunuz şəbəkə münafiq terrorist qrupa aiddir və onlar tərəfindən idarə olunur. Bu mesaj sizi bilgiləndirmək üçündür.

Sizdən tezliklə bu şəbəkəni tərk etməyiniz istənilir. Əks halda bu, cinayət kimi dəyərləndirilib və qanuni təqibə məruz qalacaqsınız. Şəbəkəni tərk etməklə onları məyus etməyiniz lazımdır"-deyə, bir sıra istifadəçilərə göndərilən mesajda bildirilir.

Qeyd edək ki, bir neçə gün bundan öncə SEPAH komandiri Hüseyn Salami bildirib ki, 2 min kiber batalyon kiber məkanda fəaldır.

Bununla yanaşı son vaxtlar İranın rəhbəri Əli Xameneyi, prezident İbrahim Rəisi və başqa rəsmilər də, kiber məkana nəzarət barədə çıxışlar ediblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar