SON XƏBƏRLƏR

İran mallarının Azərbaycan Respublikası ərazisindən tranziti 2 dəfə artıb

2021.11.24, 14:22
İran mallarının Azərbaycan Respublikası ərazisindən tranziti 2 dəfə artıb

Gunaz.tv

Cavad Hidayətinin dediyinə görə, son 10 ayda Azərbaycan Respublikası ərazisindən digər ölkələrə yüklərin tranziti 94% artıb.

“Son 10 ayda İranın yük nəqliyyatı donanmasına aid 60 min nəqliyyat vasitəsi dörd gömrük məntəqəsindən Azərbaycan Respublikasına daxil olub”-deyə, C.Hidayəti bildirib.

O, İran və Rusiya arasında ticarət dövrüyyəsinin artmasını Azərbaycan ərazisindən yüklərin tranzitində çoxalmanın əsas amillərindən biri olduğunu qeyd edib.

Ötən il gömrük statistikası göstərir ki, İranın Rusiyaya tranzit yüklərinin 57%-i Azərbaycandan, 42%-i Xəzər dənizindən və cəmi 1%-i Ermənistandan keçib.

Bu son bir neçə ayda İran rəsmilərinin Azərbaycan hökumətinin ünvanına saxta ittihamlar səsləndirərək, Gorus-Qafan marşrutu üzrə İran yük maşınlarının Rusiyaya tranzit yolunun bağlandığı barədə iddialarının doğru olmadığını göstərir.

Rusiyanın gömrük statistikası göstərir ki, 2021-ci ilin ilk doqquz ayında İrana ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 2,2 milyard dollara, İrandan idxalı isə 24% artaraq 711 milyon dollara çatıb.

C.E
 

جواد هدایتی، مدیرکل دفتر ترانزیت سازمان راهداری و حمل‌و نقل - صنایع

Cavad Hidayəti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar