İran mediası: "Bakının “Hüseyniyyun” hərəkatının 41 üzvünü geri qaytarmaq cəhdi heç vaxt baş tutmayacaq"

10.09.2022, 11:11

SEPAH-a bağlı media orqanları Azərbaycanın baş prokuroru Kamran Əliyevin İrana səfəri və bu ölkəyə sığınan axtarışda olan Azərbaycan vətəndaşlarını geri qaytarmaq tələbi ilə bağlı materiallar yayıb.

Gunaz.tv Quote | Gunaz article

İranın Gənc Jurnalistlər Klubu (cavan) məsələ ilə bağlı verdiyi geniş məqalədə Azərbaycan Respublikasına qarşı ittihamlar səsləndirib.
Qurum İran rəsmilərinin "şiələrə qarşı təzyiq"lər barədə iddialarını təkrar edib.

Yazıda bundan öncə Azərbaycan prezidenti İlham Əliyevin 20 nəfərin siyahısına təqdim etdiyi, bu cavabsız qaldıqdan bir müddət sonra Kamran Əliyevin siyahıya daha 21 nəfər artıraraq sayı 41 çatdırdığı bildirilir, bunun da cavabsız qalacağı qeyd olunur.

Media orqanı "Hüseyyun" qrupunun yaranma ideyasının 2013-cü ildə ortaya atıldığını yazıb.

Qrupun 2017-ci ildə rəsmi olaraq təsis edildiyi bildirilir. Qeyd olunur ki, qurum Suriyada İrana bağlı "Hərəm müdafiəçiləri" qrupuna aiddir.

Gənc Jurnalistlər Klubu (cavan)  Azərbaycanda ağır cinayətlər törətdiklərinə görə həbs edilən bir neçə şəxsin, o cümlədən Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətdiyinə görə saxlanılan Yunis Səfərovu "əqidə məhbusu" kimi qələmə verib.

Agentlik İranda fəaliyyət göstərən "Hüseyniyyun" qrupunun məsələ ilə bağlı bəyanatını dərc edib.

Media orqanı Azərbaycan hökumətinin 41 nəfəri İrandan geri tələb etməsinin qorxudan irəli gəldiyini, İranın isə bundan öncə olduğu kimi bu tələbə əhəmiyyət verməyəcəyini bildirib.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18