SON XƏBƏRLƏR

İran mediası Zəfər Qurultayına qarşı qarayaxma kampaniyası aparır

2022.04.25, 12:01
İran mediası Zəfər Qurultayına qarşı qarayaxma kampaniyası aparır

Gunaz.tv

İran mediası qurultayı "İran müxaliflərinin toplantısı" kimi qələmə verməyə çalışırlar.

“Şarqidaily” qəzeti “Qarabağda illüziya tədbiri” başlıqlı təxribat dolu yazı yayınlayıb.

Yazının müəllif Vəhid Kərimi Şuşa və Azərbaycan adlarını təhrif edərək “Şuşi” və “Bakı Respublikası” kimi qeyd edib.

“Bu günə kimi belə anti-İran tədbirlərin keçirilməsinə baxmayaraq, onlara yetərli reaksiya göstərilmədiyi üçün dərs almayıblar” -deyə, yazı müəllifi İran hökumətinin Azərbaycana qarşı daha sərt mövqedən çıxış etməsini istəyir.

Qeyd edək ki, son günlər SEPAH və ETTELAAT-a yaxın media qurumları yaxın günlərdə Şuşada keçiriləcək Zəfər Qurultayına qarşı təxribat xarakterli materiallar yayıblar.

Qarabağda keçirilən qurultayın özlüyündə anti-İran hərəkəti olduğunu, toplantıya pantürkist, "MOSSAD və MİT casusları"nın toplaşdığını iddia ediblər.

Bununla yanaşı biir sıra sosial media qruplarıda qurultayın keçirilməsi ilə bağlı materiallar yayıb və bunu İranı hər tərəfdən mühasirəyə almaq cəhdi kimi dəyərləndiriblər.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar