İran futbolunun azərbaycanlı əfsanəsi Əli Dayi ölümlə hədələnir

20.10.2022, 06:10

İran İnqilab Keşikçiləri Korpusununa (SEPAH) "Cavan" media orqanı  ərdəbilli futbol ulduzu Əli Dayini məktəbli qızın öldürülməsi ilə bağlı verdiyi açıqlamalarına görə ölümlə hədələyib.

Gunaz.tv Quote | Gunaz article

"Öz həddini bilməyən hər kəs həlak olacaqdır",- deyə, media orqanı Əli Dayi ilə bağlı dərc etdiyi yazıda xəbərdarlıq edib.

Yazıda Əli Dayinin keçmiş futbol ulduzu, adının dünyanın ən çox qol vuranlar siyahısında olduğu vurğulanıb ondan "separatçı" və "iğtişaşçı"larla bir yerdə olmaması istənilib.

Bu, son günlər İran mediası və bir sıra qurumları tərəfindən azərbaycanlı futbolçuya qarşı dərc edilən növbəti təhdid yazısıdır.

Qeyd edək ki, İran futbolunun ərdəbilli əfsanəsi Əli Dayi sosial mediada paylaşım edərək Ərdəbilin "Şahid" orta məktəbinin şagirdi Əsra Pənahi Xanqahın oktyabrın 13-də öldürüldüyünə dair xəbərin doğru olduğunu yazıb.

O, Ərdəbilin İran parlamentindəki nümayəndəsinin çıxışına münasibət bildirib və onu xalqın deyil hakimiyyətin maraqlarını qoruduğunu deyib.

Əli Dayi yeniyetmə məktəblinin ölümü ilə bağlı İran mediası və rəsmilərinin ziddiyyətli məlumatlarına toxunaraq, onların bir-birini təkzib etdiklərini söyləyib.

"Mən doğulduğum torpaqdan aldığım etibarlı xəbərlərin doğruluğuna inanmasam, yaymaram. Əsra Pənahi Xanqah öldürülüb. Bununla bağlı faktlar var.

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Küveytdə neft sızması səbəbindən fövqəladə vəziyyət elan edilib

2023-03-20

gun az article

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq

2023-03-20

gun az article

İranda insanlar övladlarına geyim ala bilmir"-Xudabəxş Rzayi

2023-03-20

gun az article

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

2023-03-20

gun az article

Bu gün Novruz bayramıdır

2023-03-20

gun az article

Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib

2023-03-20

gun az article

“Azadlıq səsi”- “Terrorçu İranın qonşuluq diplomatiyası” və “Güney Azərbaycanın strateji xətti və milli duruşu” -VİDEO

2023-03-20

gun az article

İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

2023-03-20

gun az article

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

2023-03-20

gun az article

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

2023-03-20

gun az article

Ceyhun Bayramov Brüsselə gedib

2023-03-20

gun az article

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: etirazçılar ruh yüksəkliyi ilə tələblərini irəli sürürlər

2023-03-20

gun az article

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

2023-03-20

gun az article

Azərbaycan XİN xalqı Novruz bayramı münasibətilə təbrik edib-FOTO

2023-03-19

gun az article

Yaponiya Sahil Mühafizəsi: Şimali Koreya ballistik raket atıb

2023-03-19

gun az article

"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb

2023-03-19

gun az article

Azərbaycan Prezidenti Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

2023-03-18

gun az article

Dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb

2023-03-18

gun az article

İranda polisi öldürməkdə ittiham edilən şəxs edam edildi

2023-03-18

gun az article

Ermənistan səfirliyimizə hücumu pisləyən bəyannaməyə qarşı çıxdı

2023-03-18