SON XƏBƏRLƏR

İran mediası Qərbi Azərbaycanda silah-sursat aşkarlandığını yazıb

2022.11.16, 14:35
İran mediası Qərbi Azərbaycanda silah-sursat aşkarlandığını yazıb

Gunaz.tv

O, Urmu sərhəd alayının məmurlarının həyata keçirdiyi əməliyyat nəticəsində 53 döyüş silahının götürüldüyünü bildirib.

Həsənxani Sərdəş sərhəd alayının da keçirdiyi əməliyyat nəticəsində çox sayda sursatın ələ keçirildiyini deyib.

Sərhəd Mühafizəsinin Komandanı silah qaçaqmalçılarının gecə qaranlığından və bölgənin dağlıq olmasından istifadə edərək qaçdıqlarını söyləyib.

İran rəsmilərinin son vaxtlar ölkədə başlayan kütləvi dinc etiraz aksiyalarını xarici ölkələrə bağlayıb, narazıları terrorist kimi qələmə vermək, onlardan silah-sursat tapılması barədə məlumatlar yaymaqla özünün əməllərinə bəraət qazandırmaqla yanaşı daha şiddətli repressiyalara hazırlandığı ehtimal edilir.   

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar