SON XƏBƏRLƏR

İran mediası Urmu gölünün qurumasına görə Azərbaycanı günahlandırır

2022.07.12, 06:58
İran mediası Urmu gölünün qurumasına görə Azərbaycanı günahlandırır

Gunaz.tv

Adı çəkilən media orqanları Araz çayından Urmu gölünə su çəkilməsinə Azərbaycan Respublikasının razılıq vermədiyi üçün gölün quruduğunu iddia edirlər.

"Araz sərhəd çayının elektrik enerjisi və su ehtiyatlarının iki ölkə arasında bərabər bölünməsi və ondan birgə istifadə edilməsi barədə razılığa baxmayaraq Azərbaycan Respublikası İranın Araz çayından Urmu gölünə su çəkmək planına qarşıdır"-deyə, İran mediası yazır.

Qeyd edək ki, İran mediasında yayılan xəbər əslində Azərbaycan Respublikasının sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun 2012-ci ilin noyabr ayında Araz çayından Urmu gölünə su çəkilməsi ilə bağlı verdiyi məlumatdır.

SEPAH və ETTELAAT-a bağlı mətbuat orqanları ad və tarix göstərmədən köhnə xəbəri təhrif olunmuş və yeni məlumat adı ilə yayıb, Urmu gölünün qurumasında Azərbaycan Respublikasının rolu olduğunu aşılamağa çalışırlar.

2012-ci ilin noyabr ayında Hüseynqulu Bağırov Arazdan başqa yerə su çəkilməsinin Azərbaycan Respublikasının ətraf mühitinə və iqlim şəraitinə pis təsirlər qoyacağını, Araz çayı boyunca yerləşən əkin sahələrinin bu problemdən əziyyət çəkəcəyini demişdi.

Xatırladaq ki, neçə illərdir Azərbaycan tərəfinin razılığı ilə İran hökuməti Araz çayından Təbriz və Urmu gölünə su çəkilişi layihəsini başlasa da, layihəyə yetərincə büdcə ayırılmadığı üçün işlər yarımçıq saxlanılıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar