SON XƏBƏRLƏR

İran mediası xaricdə yaşayan güneyli fəallara qarşı şantajı gücləndirib

2022.12.16, 14:49
İran mediası xaricdə yaşayan güneyli fəallara qarşı şantajı gücləndirib

Gunaz.tv

Xüsusilə son həftələr İranın beynəlxalq səviyyədə sıxışdırılması, insan haqlarını pozduğu, repressiyaları gücləndirdiyi üçün daha çox sanksiyalara məruz qalması rejimə bağlı media orqanlarını hiddətləndirib.

Azərbaycan hkumətinin İranda güney azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı bəyanatından sonra Azərbaycan Respublikası ilə yanaşı xaricdə yaşayan güney azərbaycanlı fəallar İran mediası tərəfindən hədəf alınıb.

Günaz.TV-nin təsisçisi və rəhbəri Əhməd Obalının Azərbaycan respublikasına son səfəri və Xudafərin körpüsünü ziyarət etməsi barədə İran təhlükəsizlik orqanlarına bağlı bir neçə media şantaj xarakterli yazılar yayıblar.

Yazılarda Əhməd Obalı Azərbaycan hökumətinin adamı kimi qələmə verilir, onun fəaliyyətlərinin başqa ölkələrin marağı çərçivəsində olduğu iddia edilir.

Günaz.TV rəhbərinin fəaliyyətlərinin o qədər də əhəmiyyətli olmadığını iddia edən İran media orqanlarının onun səfəri barədə bir neçə tənqidi və şantaj xarakterli yazılar yayması dediklərinin əksini, bu fəaliyyətlərin onları narahat etdiyini göstərir.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar