SON XƏBƏRLƏR

İranın Amerikanın milli təhlükəsizlik müşavirinə qarşı sui-qəsd planı ifşa olunub

2022.03.08, 03:58
İranın Amerikanın milli təhlükəsizlik müşavirinə qarşı sui-qəsd planı ifşa olunub

Gunaz.tv

Nüfuzlu nəşr bu ölkənin məhkəmə sisteminin rəsmisinə istinad edib.

“Amerika hökumətinin araşdırmaları və Ədliyyə Nazirliyinin tapıntıları İranın sui-qəsd planına dair mötəbər sübutların əldə edilməsinə səbəb olub.

Ancaq Ağ Ev rəsmiləri məsələnin ictimailəşdirilməsinin nüvə danışıqlarını poza biləcəyini təkid edirlər”-deyə, “Washington Examiner” nəşri yazıb.

Qəzetin yazdığına görə, Con Boltona qarşı qəsddə iştirak edən Qüds Qüvvələrinin üzvlərinə qarşı məxfi ittiham aktının verilməsi ehtimalı azdır.

Ancaq adı açıqlanmayan Ədliyyə Departamentinin rəsmisi nəşrə bildirib ki, ittiham aktında qətl planının ciddiliyi və mövcud dəlillər nəzərə alınaraq dərhal ittiham aktı tərtib olunmalı və bu barədə ictimaiyyətə məlumat verilməlidir.

Məlumatda Ədliyyə Nazirliyindəki mənbəyə istinadən bildirib ki, cənab Boltonun sui-qəsd planını həyata keçirmək üçün Amerikada bir yerli şəxsin işə götürülməsi məsələsidə planlaşdırılıb.

“Amerika kəşfiyyat agentlikləri İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin planının çox erkən mərhələlərində bu məsələdən xəbərdar olublar və keçən ildən cənab Boltonun həyatını qorumaq üçün güclü, tam zamanlı tədbirlər həyata keçiriblər”-deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi yanvarın 3-də Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinin ikinci ildönümü mərasimində çıxışı zamanı Amerikanı günahlandırıb və Amerikanın keçmiş prezidentini Süleymaninin qatili adlandıraraq, onun barəsində “tanrının hökmünün icra olunması”nın vacibliyini bildirib.

“Keçmiş prezident Donald Tramp, keçmiş dövlət katibi Mayk Pompeo və başqalarının cinayətkarın mühakiməsi təmin olunmasa müsəlman ümməti onlarıdan qısas alacaq”-deyə, İbrahim Rəisi təhdid etmişdi.

Con Bolton İrana qarşı kəskin mövqeyi, iranlı müxalif təşkilatlara siyasi dəstəyi ilə tanınır və dəfələrlə Tehran hökumətinin hərbi yollarla devrilməsinin vacibliyini bildirib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar