SON XƏBƏRLƏR

İranın 14 əyalətində daşqınlar nəticəsində 8 nəfər həyatını itirib

2022.01.04, 14:17
İranın 14 əyalətində daşqınlar nəticəsində 8 nəfər həyatını itirib

Gunaz.tv

Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin Yardım və Nicat Təşkilatının rəisi Mehdi Vəlipur bu gün mediaya açıqlamasında məlumat yayıb.

Sel və daşqınların Qərbi Azərbaycan, İsfahan, Buşehr, Qəzvin, Fars, Kirman, Kohkiluye və Boyer Əhməd, Çahar Mahal və Bəxtiyari, Zəncan, Sistan-Bəlucistan, Xuzistan, Cənubi Xorasan, Hormozqan və Yəzd şəhərlərində baş verdiyini bildirən Mehdi Vəlipur təbii fəlakət nəticəsində ölənlərin əksəriyyətinin ölkənin cənub əyalətlərinə məxsus olduğunu açıqlayıb. 

İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi isə mediaya açıqlamasında Sistan-Bəlucistanda sel nəticəsində 2 nəfərin itkin düşdüyünü, 14 nəfərin isə bədən xəsarəti aldığını bildirib.

Xalidi həmçinin selin həmin əyalətdə onlarla kəndə ziyan vurduğunu da qeyd edib. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar