SON XƏBƏRLƏR

İranın 300 şəhəri ciddi su çatışmazlığı ilə üzləşib

2022.04.01, 08:56
İranın 300 şəhəri ciddi su çatışmazlığı ilə üzləşib

Gunaz.tv

O, su böhranı problemini azaltmaq üçün qısa müddətdə su ötürücü xətlər, təmizləyici qurğuların tikintisi və yeni su ehtiyatlarından istifadə kimi yeni layihələrə başlamaq niyyətində olduqlarını iddia edib.

Müstəqil mütəxəssislər energetika nazirinin iddialarını əsassız hesab edir və bildirirlər ki, İbrahim Rəisi hökuməti iş başına gələndən bu günə kimi verdiyi vədlərin heç birini yerinə yetirməyib.

Onların fikrincə, Əliəkbər Mehrabiyanın su böhranının həlli ilə bağlı vədinin heç bir əsası yoxdur və sadəcə ötəri olaraq vətəndaşların etirazlarını azaltmaq üçün deyilən sözdən ibarətdir.

Bundan bir neçə gün öncə İran Su Məlumatları Mərkəzi ölkədə su ehtiyatlarının kəskin azalacağı barədə xəbərdarlıq edib.

Məlumatda hal-hazırda öncəki illərə nisbətdə su ehtiyatlarının kəskin tükəndiyi, cari yağış ilindən 185 gün keçməsinə baxmayaraq öncəki yağış ili ilə müqayisədə 15% su çatışmazlığının qeydə alındığı deyilir.

Mərkəzin başçısı Firuz Qasımzadə su qaynaqlarının yanlış idarəedilməsi problemlərinə toxunmadan yağıntıların azaldığını və su qaynaqlarından istifadədə israfçılığa yol verildiyini deyib.

Qeyd edək ki, 2021-ci ildə su qıtlığına görə Xuzistan başda olmaqla İranın bir neçə əyalətində geniş etiraz aksiyaları keçirilib.

2021-ci ilin iyun ayında Xuzistanda keçirilən etiraz aksiyaları zamanı ondan çox xuzistan ərəbi öldürülüb, yüzlərlə insan həbs olunub. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar