SON XƏBƏRLƏR

İranın 300 şəhərində müəlimlər oturaq aksiya keçirib

2022.01.31, 09:44
İranın 300 şəhərində müəlimlər oturaq aksiya keçirib

Gunaz.tv

Onlar hüquqlarının pozulmasına, tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər. Təhlükəsizlik məmurlarının basqılarına baxmayaraq müəllimlər oturaq aksiya keçiriblər.

Oturaq aksiyanın ikinci günündə müəllimlər sinfi fəalların həbs edilməsinə də etiraz ediblər.

İran Müəllimlər İttifaqının sözçüsü Məhəmməd Həbibinin sözlərinə görə, müəllimlərin ümumölkə oturaq aksiyasının ikinci günü önənki gündən daha geniş  olub və 300-dən çox şəhər, kənd və təhsil bölgəsini əhatə edib.

“Oturaq aksiyalar nəticəsində təhlükəsizlik idarəsinin basqıları artıb və müxtəlif həmkarlar ittifaqı fəalları təhlükəsizlik idarələri və ya kəşfiyyat mərkəzlərinə çağırılıb.

Məlumata görə, bazar günü, yanvar ayının 30-u səhər saatlarında özlərini kəşfiyyatçı kimi təqdim edən bir neçə təhlükəsizlik məmuru Mərivan Müəllimlər Həmkarlar İttifaqının fəalı Bəhmən Şaban Məhəmmədinin evinə basqın edərək, onu özləri ilə naməlum yerə aparıblar”-deyə, Məhəmməd Həbibi bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik məmurlarının basqıları əks nəticə verib və aksiyaya qoşulan müəllimlərin sayının çoxalması ilə yanaşı çox sayda şagirddə müəllimlərə dəstək üçün məktəblərdə oturaq aksiyaya əl atıblar.

Qeyd edək ki, İran Təhsil İşçiləri Koordinasiya Şurasının yanvarın 26-da yayınlanan növbəti çağırışından sonra oturaq aksiya yanvarın 29-da başlayıb və iki gün davam edəcəyi bildirilən aksiyanın üçüncü günü, yanvarın 31-i şəhərlərin Təhsil İdarələri qarşısında mitinq keçirilməsi nəzərdə tutulub.

Təhlükəsizlik orqanlarının basqılarının artması təhsil işçilərinin nəzərdə tutduqları kütləvi mitinqin qarşısının alınmasına hesablanıb.
 
C.E

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar