SON XƏBƏRLƏR

İranın 40-a yaxın şəhərində müəllimlərin etiraz aksiyaları keçirilib - FOTOLAR

2022.01.13, 14:06
İranın 40-a yaxın şəhərində müəllimlərin etiraz aksiyaları keçirilib - FOTOLAR

Gunaz.tv

Sosial şəbəkələrdə ayılan məlumatlara görə, bu gün Tehranda müəllimlər İran Parlamentinin binası qarşısında və ətraf küçə və meydanlarda toplaşıb, hökumətin müəllimlərin acınacaqları durumuna və onların hüququna laqeyd yanaşmasına etiraz bildiriblər.

“Məhbus müəllimlər azadlığa buraxılsın” və “Müəllim, fəryad qopar haqqını tələb et” şüarları səsləndirən etirazçılar rejimin təhsil işçilərinin tələblərini yetinə yetirməsini tələb ediblər.

Yayılan məlumata görə, bu gün İranın digər şəhərlərində, o cümlədən də Məşhəd, Neka, Kirmanşah, Sari, Təbriz, Rəşt, Yəzd, İsfahan, İzə və Mərivan şəhərlərində müəllimlər əvvəlki etiraz aksiyalarını davam etdirərək, maaşların artırılması və müəllimlərin hüquqlarının bərpa olunması üçün şüarlar səsləndiriblər.

“Mənim silahım qələmimdir” və “Qələm tüfəngə qalib gələcək” şüarları səsləndirən müəllimlər hökumətin təhsil işçilərinə qarşı repressiyalara son qoymasını və ölkənin bu ağır iqtisadi durumunda müəlimlərin haqlı istəklərinə cavab verməsini tələb ediblər.

Müəllimlər tələbləri yerinə yetirilməyənə qədər dinc etirazlarını bundan sonra da davam etdirəcəklərini bildiriblər.

Müəllimlərin bu gün İRan şəhərlərində keçirdiyi kütləvi dinc etirazlarfında həbslərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb. 

افزایش حقوق و مزایای معلمان ایران پس از اعتراضات گسترده تصویب شد

رتبه بندی معلمان اعتراض در۱۰۰ شهر علیه سرهم بندی مطالبات

اعتراض معلمان در 200 شهر: هم از فرق مي‌ناليم هم از فقر

قطعنامه پایانی تجمع سراسری معلمان ایران دوشنبه ۲۲ آذر ۱۴۰۰ | Radio Mehregan

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar