SON XƏBƏRLƏR

İranın 5 məşhur iqtisadçısı hökumətə xəbərdarlıq edib

2022.10.08, 08:22
İranın 5 məşhur iqtisadçısı hökumətə xəbərdarlıq edib

Gunaz.tv

İran cəmiyyətinin bu gün görünməmiş problemlərlə üz-üzə olduğunu deyən iqtisadçılar vətəndaşların yeni problemləri qəbul etmək və ona dözmək istəyinin olmadığını yazıblar.

"İdarəetmə sisteminin utanmadan xalqın şəxsi mədəni sferalarına daxil olmaq kimi yeni riskli cəhdlərini və könüllü olaraq böhranların miqyasını genişləndirməyə çalışdıqlarından heyrətlənirik",- deyə, iqtisadçılar bildiriblər.

Onlar İran hökumətinin xalqın səsini eşitməməkdə günahlandırıb və bunun sonunun yaxşı olmayacağı barədə xəbərdarlıq ediblər.

"Etiraz səsi eşidilməzsə, qəzəbə, qəzəb isə nifrətə çevrilir və bundan sonra zorakılıq əsas hərəkətverici qüvvə kimi çıxış edir", deyən bəyanat müəlifləri hökuməti xalqın istəklərinə boyun əyməyə çağırıblar.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar