SON XƏBƏRLƏR

İranda su üsyanı genişlənir: Çahar Mahal və Bəxtiyari əyalətində on minlərlə əkinçi etiraz aksiyası keçirib - FOTO

2021.11.24, 13:11
İranda su üsyanı genişlənir: Çahar Mahal və Bəxtiyari əyalətində on minlərlə əkinçi etiraz aksiyası keçirib - FOTO

Gunaz.tv

Yayılan məlumata görə bu gün səhər saat 10:00-dan başlayaraq on minlərlə əkinçi, kənd və şəhər sakini Şəhri Kürd şəhərinin “İmamzadəgan Həlimə” və “Həkimə Xatın” meydanında toplaşaraq, rejimin Çahar Mahal və Bəxtiyari əyalətindən digər əyalətlərə su yönləndirilməsi ilə bağlı planlarının icrasına etiraz bildiriblər.

Əllərində yazılı plakartlar qaldıran etirazçılar həmçinin Gülab tuneli vasitəsilə Behiştabad suyunun İranın quraqlıq içində olan mərkəzi hissələrinə suyun yöndərilməsi planının dayandırılmasını tələb ediblər.

Bildirilir ki, bu layihənin yerinə yetirilməsindən sonra hər il təxminən 600 milyon kub metr su Çahar Mahal və Bəxtiyari əyalətindən İranın susuzluqdan əziyyət çəkən mərkəzi hissələrinə çatdırılması nəzərdə tutulub.

Etirazçılar həmçinin əvvəlki iki etiraz toplantısında olduğu kimi, hökumətin əyalət sakinlərinin suyunu təmin etməkdə səriştəsizliyinə qarşı şüarlar səsləndirərək, Çahar Mahal və Bəxtiyari əyalətinin içməli sudan məhrum olan 300-dən çox kənd sakinlərinin suya olan ehtiyacının təmin edilməsini istəiblər.

Bildirilir ki, əyalətin 300-dən çox kənd sakinlərinin içməli suya olan ehtiyacı hazırda səyyar tankerlərlə təmin edilir, əkin sahələri isə susuzluqdan məhv olub aradan gedir.

Əvvəlki etirazlarda olduğu kimi, su üsyaxnının daha geniş vüsət almasının qarşısını almaq üçün polis və mülki geyimli təhlükəsizlik qüvvələri Şəhri Kürdün küçə və meydanlarında yerləşdirilsə də, etiraaçıların sayının çox olması buna mane olub və etirazlar baş tutub.

Həmçinin İran Dövlət Televiziyası bu gün ilk dəfə olaraq, məhdud şəkildə az da olsa, Çahar Mahal və Bəxtiyari əyalətində on minlərlə əkinçinin iştirakı ilə keçirilən dinc etirazları işıqlandırmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, noyabrın 19-da İranın İsfahan şəhərində də yüz minlərlə əkinçi hökumətin tarixi Zayəndərud çayını qurutmasına qarşı etiraz mitinqi keçirmişdilər.

62100019.jpg?ts=1637743517680

جمعی از مردم چهارمحال و بختیاری در مخالفت با اجرای پروژه‌های انتقال آب تجمع کردند

اجتماع مردم چهارمحال و بختیاری برای حل مشکلات آب

تامین آب شرب مردم چهارمحال و بختیاری در اولویت است

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar