SON XƏBƏRLƏR

İranın Damğan şəhərində iki məhkum edam edilib

2022.07.30, 04:56
İranın Damğan şəhərində iki məhkum edam edilib

Gunaz.tv

Səid Şəhbəxş və Ziyaullah Bərahuyi adlı məhkumların edam cəzası iyulun 29-da icra edilib.

İran rəsmiləri və mediası adı çəkilən şəxslərin edamı ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı və Əbdürrəhman Borumənd Fondu cari ilin ilk 6 ayı ərzində İranda 251 nəfərin edam edildiyini bildirib.

Sözügedən təşkilatlar ölüm hökmlərinin belə sürətlə artacağı təqdirdə bu il edamların sayının ötən il qeydə alınmış 314 edam sayını geridə qoyacağı ilə bağlı xəbərdarlıq ediblər.  

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar