SON XƏBƏRLƏR

Hamburqdakı İran konsulluğuna hücum edildi: Binaya "Molotov kokteyli" atıldı

2021.11.22, 12:03
Hamburqdakı İran konsulluğuna hücum edildi:  Binaya "Molotov kokteyli" atıldı

Gunaz.tv

Almaniya polisinin bildirdiyinə görə, naməlum iki şəxs İran konsulluğuna "Molotov kokteyli" ataraq hadisə yerindən qaçıblar.

Hadisə nəticəsində İranın konsulluq binasında yanğın baş verib və binaya xəsarət yetirilib.

Hücumun kimlər tərəfindən baş verməsi məlum olmasa da, Almaniya polisi iki Rumıniya vətəndaşını şübhəli qismində saxladığını və onları dindirdikdən sonra müvəqqəti olaraq sərbəst buraxdığını bildirib.

Polis hadisəni araşdırmağa başladığını başladığını bəyan edib.

Xatırladaq ki, həmin gün, İran konsulluğuna hücumdan az əvvəl Hamburqda 2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin üç dəfə bahalaşmasına qarşı keçirilən dinc kütləvi etirazlarda 1500-dən çox etirazçının rejim tərəfindən öldürülməsinin xatirəsini anmaq üçün etiraz toplantıları keçirilmişdi. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar