SON XƏBƏRLƏR

İranın Qafandakı baş konsulu təyinat məktubunu Ermənistan XİN başçısına təqdim etdi

2022.10.01, 06:01
İranın Qafandakı baş konsulu təyinat məktubunu Ermənistan XİN başçısına təqdim etdi

Gunaz.tv

Təqdimat mərasimində İranın Ermənistandakı səfiri Abbas Zuhuri də iştirak edib.

Mərasimdə çıxış edən Mürtəza Abdin Vəramin Qafanda baş konsulluğunun açılmasını iki ölkə arasında münasibətlərin  daha da dərinləşəcəyinə xidmət edəcəyini bildirib.

Ermənistan XİN başçısı Ararat Mirzoyan İranın bu addımını Ermənistana verdiyi əhəmiyyətin göstəricisi hesab edib və İranın bölgədə sülh və sabitliyin qorunmasındakı rolunu təqdir edib.

İran mediası bu ölkənin Qafan şəhərində baş konsulluğunun açılmasını Tehranın Azərbaycan və Türkiyəyə mənalı mesajı kimi təqdim ediblər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar