SON XƏBƏRLƏR

İranın beş şəhərində təqaüdçülər etiraz aksiyası keçirib: “Biz sizdən ancaq yalan eşitdik” - FOTOLAR

2021.12.27, 11:45
İranın beş şəhərində təqaüdçülər etiraz aksiyası keçirib: “Biz sizdən ancaq yalan eşitdik” - FOTOLAR

Gunaz.tv

Yayılan məlumata görə, paytaxt Tehranda, eləcə də Əhvaz, Damğan, İsfahan və Kirmanşah şəhərlərində küçə və meydanlara toplaşan təqaüdçülər əllərində yazılı plakatlar gəzidirərək, maaşlarının həddən artıq aşağı olmasına etiraz bildiriblər.

“Ey rəhbər! Biz ədalət istəyirik, biz Əlinin ədalətli hakimiyyətini istəyirik” və “Biz sizdən ədalət görmədik, biz sizdən ancaq yalan eşitdik” şüarları səsləndirən təqaüdçülər maaşlarının artırılmasını tələb ediblər.

Aldıqları maaşın mövcud ehtiyacları qarşılamağa kifayət etmədiyini bildirən etirazçı təqaüdçülər, onlara verilən maaşın ölkədə baş alıb gedən bahalıq və gündn-günə yüksələn inflyasiya səviyyəsinə uyğun nəzərə alınmasını tələb ediblər. 

Yayılan məlumata görə, təqaüdçülərin keçirdiyi dinc etiraz aksiyalarında həbslərin baş verib-verilməməsi barədə hər hansı bir məlumat yayılmayıb. 

بازنشستگان معترض به وضعیت معیشتی در چند شهر ایران تجمع کردند – DREAMLAND TV  – تلویزیون جهانی دریم لند اولین تلویزیون پارسی در استرالیا و نیوزلند

شماری از شرکت‌کنندگان در تجمع بازنشستگان تأمین اجتماعی در تهران بازداشت شدند

تجمع بازنشستگان معترض به وضعیت معیشتی در چند شهر ایران – کوردستان و کورد

 

تجمع سراسری بازنشستگان در 11 شهر ایران/اعتراض به وضعیت معیشتی و عملکرد دولت  و رییس سازمان تامین اجتماعی

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar