SON XƏBƏRLƏR

İranın bir neçə şəhərində polislə etirazçılar arasında qarşıdurma olub-VİDEO

2022.06.12, 12:55
İranın bir neçə şəhərində polislə etirazçılar arasında qarşıdurma olub-VİDEO

Gunaz.tv

Təqaüdçü və xırda biznes sahiblərinin etiraz aksiyasının keçirilməsinə imkan verməyən hökumət qüvvələrinin müdaxiləsinə cavab olaraq narazılar hökumət və hökumət başçılarına qarşı sərt şüarlar səsləndiriblər.

Xüsusilə vergilərin bir neçə dəfə artırılmasından narazı olan mağaza sahibləri və iş adamları Tehranın “Serah-e Əmin” meydanına toplaşıblar.

“Bağlayın, bağlayın” şüarları səsləndirərək başqa mağaza yiyələrini də onlarla həmrəy olmağa çağıran etirazçılar hökumət qüvvələrinin sərt müdaxiləsindən sonra “problemimiz həll olmasa, Tehranda qiyamət olacaq” şüarı səsləndirməyə başlayıblar.

Bununla yanaşı Bəndərabbas şəhərində “ölüm olsun belə yarıtmaz dövlətə”, Kirmanşahda “Rəisiyə ölüm” şüarları səsləndirilib.

Qeyd edək ki, iyunun 7-i səhər saatlarından başlayaraq Təbrizdə mağaza sahibləri və iş adamları vergilərin çoxaldılmasına etiraz olaraq mağazalarını bağlamışdılar.

İran Vergilər Nazirliyinin verdiyi məlumata görə, iş adamları və mağaza sahibləri üçün ötən illə müqayisədə bu il vergilərin 3 dəfə çoxaldıldığı bildirilir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar