SON XƏBƏRLƏR

İranın bir neçə əyalətində dövlət idarələri və məktəblər bağlandı

2022.05.17, 07:12
İranın bir neçə əyalətində dövlət idarələri və məktəblər bağlandı

Gunaz.tv

Ətraf Mühitin Mühafizəsi İdarəsinin yaydığı bildirişdə Həmədan, Loristan, İlam, Əlborz, Kirmanşah, Mərkəzi Xuzistan, Buşehr və Kürdüstan əyalətlərində hava çirkliliyinin normadan qat-qat yüksək olduğu üçün idarələr və təhsil ocaqlarının bağlandığı bildirilib.

İran Meteorologiya Təşkilatı məsələ ilə bağlı yaydığı məlumatda əhaliyə açıq havada olmamağı tövsiyyə edib.

Qeyd edək ki, mayın 16-da Təhsil Nazirliyi hava çirkliliyi səbəbindən Tehran və ətraf bölgələrdə məktəblərin tətil edildiyini bildirmişdi.

İranın səhiyyə nazirinin müavini Möhsün Fərhadi mediaya verdiyi açıqlamada İranda hər il 4400 nəfərin hava çirkliliyinin yaratdığı tənəffüs problemləri və başqa xəstliklər üzündən öldüyünü deyib.

O, bu səbəbdən ölənlərin hamısının ürək-damar, tənəffüs və ağciyər xəstəliklərinə yoluxduğunu, bir sıra şəxslərdə isə əlavə problemlər yaradaraq onların ömrünü qısaltdığını söyləyib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar