SON XƏBƏRLƏR

İranın BMT-dəki nümayəndəsi Rusiyaya PUA verilməsi ilə bağlı ittihamları rədd edib

2022.12.20, 09:26
İranın BMT-dəki nümayəndəsi Rusiyaya PUA verilməsi ilə bağlı ittihamları rədd edib

Gunaz.tv

İranın BMT-dəki nümayəndəsi Amid Səid İrəvani bildirib ki, ölkəsinin BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq Rusiyaya pilotsuz uçuş aparatları verməsi ilə bağlı ittihamlar əsassızdır.

"Biz bunun əksini sübut edən bütün iddiaları əsassız olaraq rədd edirik"-İranın Rusiyaya BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarının 4-cü bəndində nəzərdə tutulan məhdudiyyətlərə məruz qalacaq heç bir vəsait vermədiyini vurğulayan İrəvani deyib.

Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski İranı "Shahed" dronlarının yeni partiyasını Rusiyaya verməkdə ittiham edib.

Zelenskinin sözlərinə görə, Rusiya dekabrın 19-da səhər saatlarında Ukraynaya bu silahlarla hücum edib. (apa)

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar