SON XƏBƏRLƏR

İranın dəstəklədiyi yaraqlılar Ərbildə neft emalı zavoduna hücum edib

2022.05.02, 11:40
İranın dəstəklədiyi yaraqlılar Ərbildə neft emalı zavoduna hücum edib

Gunaz.tv

Şura onları bu hücumu icra etməkdə günlahlandırıb.

Bu barədə İraqın Kürdüstan bölgəsinin Terrorla Mübarizə Təşkilatı məlumat yayıb. 

Məlumata görə, hadisə dünən gecə meydana gəlib. İraqın keçmiş xarici işlər naziri Huşyar Zibari silahlı qruplaşmaları gecə basqınları ilə qanunu pozmaqda günahlandırıb.

Hədəfin Ərbilin Xəbat bölgəsindəki neft emalı zavodu olduğunu və buraya ziyanın da dəydiyini bildirib.

Bu arada İraqın baş naziri Mustafa Əl-Kazimi bazar günü gecə Kürdüstan Demokratik Partiyasının baş katibi Məsud Bərzani ilə telefon əlaqəsi saxlayıb və raket hücumunu “qorxaq əməl” adlandıraraq cinayətkarların məsuliyyətə cəlb olunaraq həbs olunacaqlarına söz verib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar