SON XƏBƏRLƏR

İranın dövlət qurumlarının saytlarına haker hücumu olub

2022.07.03, 08:28
İranın dövlət qurumlarının saytlarına haker hücumu olub

Gunaz.tv

Adı çəkilən qurumun saytının ana səhifəsində Tehran hökumətinə qarşı şüarlar və hökumətə müxalif əsas təşkilatın rəhbərlərinin fotoları yerləşdirilib.

İran xalq Mücahidləri Təşkilatına bağlı "Devirənədək üsyan" haker qrupunun hücumunu adı çəkilən müxalif təşkilat təsdiqləyib və məsuliyyəti öz üzərinə götürüb.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına, ticarət mərkəzlərinin elektronik sistemlərinə haker hücumları olur və hökumət əleyhinə şüarlar səsləndirilir.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar