SON XƏBƏRLƏR

İranın dövlət saytlarına haker hücumu olub

2022.09.21, 05:40
İranın dövlət saytlarına haker hücumu olub

Gunaz.tv

"Biz burada sizinləyik. İrana qarşı əməliyyat başladı. bizi gözləyin"-deyə, haker qrupunun üzvlərindən biri sentyabrın 20-də tvitter mesajında etirazçılara xitabən bildirib.

Bundan bir neçə saat sonra İran dövlətinin rəsmi internet saytı və hökumət sözçünün informasiya saytı sıradan çıxıb və Anonimus bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Anonimus haker qrupunun üzvü hökumət saytının bütün məlumat bazasının silindiyini açıqlayıb və “Biz sizi bağışlamayacağıq” mesajı buraxıb.

Bu qrup həmçinin İranın ən böyük dövlət mediasına kiberhücum etdiyini açıqlayıb, lakin daha ətraflı məlumat verməyib.

Bir müddət sonra hökumət sözçünün informasiya saytının ön səhifəsi bərpa olunsa da, onun bir çox hissələrinə giriş bağlanıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar