SON XƏBƏRLƏR

İranın Cenevrədəki daimi nümayəndəsinin qadın hüquqları ilə bağlı çıxışı təəccüblə qarşılanıb

2022.10.04, 09:46
İranın Cenevrədəki daimi nümayəndəsinin qadın hüquqları ilə bağlı çıxışı təəccüblə qarşılanıb

Gunaz.tv

İranın Cenevrədəki daimi nümayəndəsi Əli Bəhreyninin İranın dünya üzrə qadın hüquqlarının qorunması və təmini sahəsində nümunə olduğu barədə iddiası xarici mətbuat və sosial media istifadəçilərinin təccübünə səbəb olub.

O, İranın qadın hüquqları ilə bağlı götürdüyü bütün beynəlxalq öhdəliklərə əməl etdiyini deyib.

"İran qadın hüquqlarının təminində ən uğurlu və ən yaxşı nümunələrdən biridir",-deyən Bəhreyninin sözlərinə istehzalı cavablar yazılıb.

Sosial media istifadəçiləri İran nümayəndəsinin çıxışını lətifə kimi dəyərləndirib, bunun ciddi şəkildə deyildiyinə inanmağın çətin olduğunu yazıblar.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar