SON XƏBƏRLƏR

İran şəhərlərində yenidən etiraz nümayişləri başlayıb

2022.10.29, 08:46
İran şəhərlərində yenidən etiraz nümayişləri başlayıb

Gunaz.tv

Ərak şəhərində hökumət qüvvələri tərəfindən öldürülən və bu gün ad günü olan 20 yaşlı gənc Mehrşad Şəhidinin dəfn mərasimi Tehran hökuməti əleyhinə aksiyaya çevrilib.

"Qeyrətli mələk ad günün mübarək" şüarları verən minlərlə mərasim iştirakçısı, hökumət qüvvələrinin mərasimə mane olmaq cəhdindən sonra "Xameneyiyə ölüm", "dikatura ölüm", "ölüm olsun SEPAH-çıya", "bir nəfər ölürsə min nəfər ayağa qalxır" şüarları səsləndiriblər.

Bununla yanaşı ölkənin başqa şəhərlərində də, etiraz aksiyaları davam edir.

Oktyabrın 29-u səhər saatlarından başlayaraq onlarla Universitetin öyrənciləri dərsləri dayandıraraq repressiyalara etirazlarını bildirir, həbs edilən öyrəncilərin azad edilməsini tələb edirlər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar