Lakin heykəlin açılışından bir neçə saat sonra, həmin gün gecə saatlarında naməlum şəxslər gecə qaranlığından istifadə edərək, son illər ölkədə keçirilmiş müxtəlif kütləvi etirazlarda əhaliyə qarşı qanlı repressiyalara başçılıq edən və minlərlə dinc etirazçının qətlə yetirilməsində birbaşa rol oynayan məşhur terrorçunun heykəlinə od vurduqdan sonra hadisə yerindən qaçıblar.
Hadisədən az sonra İran lideri Əli Xamneyinin Çahar Mahal və Bəxtiyari əyalətindəki nümayəndəsi, Şəhri Kürdün cümə imamı axund Məhəmmədəli Nekunam bununla bağlı bəyanat yayıb.
O, Qasım Süleymaninin heykəlinin yandırılmasını pisləyərək, bu kimi halların baş verməsinin qarşısının alınması üçün müəyyən tədbirlər görülməsini tələb edib.
A.M