SON XƏBƏRLƏR

İranın iki ticari gəmisində yanğın baş verib

2021.12.17, 13:17
İranın iki ticari gəmisində yanğın baş verib

Gunaz.tv

Bu barədə Sirik şəhərinin fərmandarı Əhməd Camaləddini mediaya açıqlamasında məlumat yayıb. 

O deyib ki, hadisə dekabrın 16-da Sirik şəhərinin Kuhestək limanında baş verib.

“Limanda lövbər salmış iki ticarət gəmisindən birində elektrik kabellərinin birləşdirilməsi ilə bağlı təmir işləri aparakən səhlənkarlığa yol verilməsi səbəbindən yanğın baş verib. 

Yanğın nəticəsində gəmilərdən birinə 40, digərinə isə 70 faiz ziyan dəyib.

Hadisə yerinə gələn yanğınsöndürənlər 3 saat çalışdıqdan sonra yanğını söndürə biliblər.

Hadisədə ölən və ya xəsarət alan olmayıb”, -deyə Sirik şəhərinin fərmandarı Əhməd Camaləddini bildirib. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar