SON XƏBƏRLƏR

İranın iki əyalətində 5,7 bal gücündə zəlzələ olub

2021.10.20, 07:36
İranın iki əyalətində 5,7 bal gücündə zəlzələ olub

Gunaz.tv

İranın Seysmoloji Mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ bu gün yerli vaxtla səhər saat 06:09 radələrində yerin 10 kilometr dərinliyində qeydə alınıb. 


Yayılan ilkin məlumata əsasən, zəlzələ Xuzistan əyalətinin mərkəzi olan Əhvaz şəhərini və ətraf rayonları silkələyib, Çahar Mahal və Bəxtiyarı əyalətinin Çelgərd və Kuhtəng şəhərlərinin yaşayış məntəqələrində isə bir sıra evlərin dağılmasına və ya divalarda çat əmələ gəlməsinə səbəb olub. 


Zəlzələdə ölənlərin olub-olmaması barədə hələlik məlumat yayılmayıb.


Zəlzələ bölgəsinə xilasedicilərin cəlb edildiyi bildirilir.

زلزله ۵.۷ ریشتری چهارمحال و بختیاری را لرزاند

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar