SON XƏBƏRLƏR

İranın Şiraz şəhərində 6 bəhai barəsində ağır cəza çıxarıldı

2021.11.05, 13:14
İranın Şiraz şəhərində 6 bəhai barəsində ağır cəza çıxarıldı

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, uzunmüddətli həbs cəzasına məhkum edilən bəhailər Sediqə Əqdəsi, Aliyə Furutən, Siyamək Honərvər, Qasım Məsumi, Səid Ettehad və Behruz Fərzəndidir.

Məlumatda bildirilir ki, Şiraz məhkəməsi bəhailərdən hər birinə  “sistemə qarşı təbliğat aparmaq” ittihamına görə 7 ay 16 gün, “düşmən qruplara üzv olmaq” ittihamına görə isə 31 ay 16 günlük həbs cəzası verib.

Bildirilir ki, hər 6 bəhai cari ilin aprel ayında Şirazın yerli ETTELAAT əməkdaşları tərəfindən həbs SEPAH-ın ETTELAAT İdarəsinin təkadamlıq kameralına köçürülmüşdü.

Həbs edilən bəhailər təxminən bir ay müddətinə ETTELAAT İdarəsinin təcridxanasında saxlandıqdan sonra məhkəmələrinin keçirilməsinə qədər mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdılar.
 
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

صدور حکم ۷۳ سال زندان برای ۶ شهروند بهایی - محبت نیوز

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar