Bu barədə Kirman əyalətinin Riqan şəhərinin fərmandarı Əmin Baqiri yanvarın 21-də mediaya açıqlamasında bildirib.
O deyib ki, kəskin qum fırtınası nəticəsində havada toz zərrəciklərinin dolanması ucbatından 5 metrdən artıq qabağı görmək mümkün deyil.
“Hazırda kəskin qum fırtınası və tozanaq nəticəsində 40-dan çox kəndin yolları bağlanılıb, bir neçə şəhərdə məktəblər, dövlət idarələri, ticarət obyetləri və s. fəaliyyətini dayandırıb.
Təəssüflər olsun ki, kəskin qum fırtınası nəticəsində Kirman əyaləıtinin bir çox şəhər və bölgələrində normal həyat iflic vəziyyətinə düşüb”, -deyə Kirman əyalətinin Riqan şəhərinin fərmandarı Əmin Baqiri bildirib.
Əmin Baqiri Kirman əyalətində baş vermiş qum fırtınasının səbəbini açıqlamayıb.
A.M