SON XƏBƏRLƏR

İranın Şiraz şəhərində daha 2 məhkum dara çəkilib

2022.01.03, 11:52
İranın Şiraz şəhərində daha 2 məhkum dara çəkilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölüm hökmü alan və iki ildən bəri həbsdə saxlanılan milliyyətcə bəluc məhkum Bəhmən Salarzehi yanvarın 2-si səhər saatlarında Şirazın Adilabad zindanında dara çəkilib.

Yayılan məlumata görə, həmçinin dörd il əvvəl namus məsələsi üstündə həyat yoldaşının bacısı oğlunu qətlə yetirməkdə təqsirli bilinən Əmin Əli Pənahi dekabrın 31-də həmin həbsxanada dar ağacından asılıb. 

Edam edilən hər iki şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar