SON XƏBƏRLƏR

İranın Hirmənd bölgəsində etiraz: Təhlükəsizlik məmurları narazılara güllə atdı-VİDEO

2022.01.29, 08:36
İranın Hirmənd bölgəsində etiraz: Təhlükəsizlik məmurları narazılara güllə atdı-VİDEO

Gunaz.tv

Narazılığı yatırmaq istəyən təhlükəsizlik qüvvələri əhaliyə odlu silahlardan atəş açıb.

Hirmənd bölgəsinin Əfqanistanla sərhəddə yerləşən Məlikgömrük keçid məntəqəsinin qarşısına toplaşan narazılar hökumətin siyasətinə etiraz ediblər.

Aksiyada “Su bəndi açılmasa gömrük bağlanacaq” şüarı səslənib, “Sistan-Bəluçistan susuzdur” yazılmış  plakatlar qaldırılıb.

Narazılar Hirmənd şəhərinin başçısı (fərmandar) Fərşad Gərgiçin istefasını tələb edib.

Eirazçı əkinçilər su paylarının buraxılmadığı üçün yeganə gəlir mənbələrini itirdiklərini və müflis olduqlarını bildiriblər. Aksiyaçılar gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin hərəkətinin qarşısını alıb.  

Bundan öncə əkinçilər etiraz aksiyası keçirəcəklərini bildirmiş, Hirmənd fərmandarı hər hansı aksiyanın keçirilməsinə icazə verilməyəcəyini bəyan etmişdi.

Fərmandar “iğtişaşçı”lara qarşı amansız davranılacağı barədə xəbərdarlıq etmişdi.

C.E

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar