İranın keçmiş prezidentinin qızı həbs edildi

28.09.2022, 03:41

O, vətəndaşları hökuməti devirməyə təhrik etməkdə ittiham olunur.

Gunaz.tv Quote | Gunaz article

İranın keçmiş prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi sentyabrın 27-i gecə saatlarında təhıükəsizlik məmurları tərəfindən Tehranın şərq bölgəsində həbs edilib.

İran mediası Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvünün son aksiyalarda iştirak etməsi və insanları nümayişlərə çağırması ilə əlaqədar həbs olunduğunu bildirib.

Xüsusilə SEPAH-a yaxın media orqanları Faizə Haşimini xarici qüvvələrlə birgə ölkədə iğtişaş yaratmaq və hakimiyyəti devirməyə çalışdığı barədə iddialar irəli sürüblər.

Bundan bir neçə gün öncə Faziə Haşimi rejimin tətbiq etdiyi məcburi hicab qaydalarına əməl etmədiyinə görə Məhsa Əmininin İranın əxlaq polsi tərəfindən öldürülməsini pisləyib.

İran məhkəməsi Faziə Haşiminin "ölkənin milli təhlükəsizliyinə ziyan vurduğu" ittihamı ilə onun siyasi fəaliyyət etməsinə qadağa qoyub.

Bununla yanaşı Tehranın ümumi və inqilab prokuroru Əli Salehi iyulun 3-də keçmiş prezidentin qızı Faizə Haşiminin məhkəmə işi ilə bağlı verdiyi açıqlamada onun barəsində məhkumluq qərarının çıxarıldığını deyib. 

O, "İran İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti və müqəddəsləri təhqir etmək"də ittiham olunur.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda edama məhkum edilən azərbaycanlı işgəncə edilib

2022-12-07

gun az article

Həmədanda 18 yaşlı xanım bloger həbs edildi

2022-12-07

gun az article

“Bəsic”lə “bəluc”un fərqini bilməyənlərin Güney Azərbaycan davası və ya dar ağacından çörək ağacına...-Çingiz Özgür yazır

2022-12-07

gun az article

Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir

2022-12-07

gun az article

İranda qaşqay türklərinə təzyiqlər davam edir

2022-12-07

gun az article

“Özümüz”: “İranda son gəlişmələr və Azərbaycan-İran münasibətləri” - VİDEO

2022-12-07

gun az article

Saleh Fərhadi müvəqqəti azadlığa buraxılıb

2022-12-07

gun az article

Milli fəal Tohid Əmirəmini şərti azadlıqdan imtina edib

2022-12-07

gun az article

Tələbə hərəkatı fəalı Təbriz zindanında aclıq aksiyası keçirir

2022-12-07

gun az article

İranda azərbaycanlı ailəyə edam və ağır həbs cəzası verilib

2022-12-07

gun az article

Zəncanlı mədəni fəal Saleh Fərhadi həbs edilib

2022-12-06

gun az article

Bostanabadın tarixi Ocan qalası məhv edilir

2022-12-06

gun az article

Təbrizdə xəstəxanaya hücum edilib- Ölənlər var

2022-12-06

gun az article

Təbrizin "Traxtur" klubununa ispaniyalı baş məşqçi rəhbərlik edəcək

2022-12-06

gun az article

Xaqan adlı azərbaycanlı uşağa sənəd verilmir

2022-12-06

gun az article

Həbs edilən qaşqay fəalların taleyindən xəbər yoxdur

2022-12-06

gun az article

Günaz.TV-də müzakirə: “Etirazlar və ”Ərk” Cəmiyyətinin fəaliyyətləri” -VİDEO

2022-12-06

gun az article

Həbsdə olan güneyli fəal Negin Əhmədidən xəbər yoxdur

2022-12-06

gun az article

"Azadlıq, Ədalət, Milli hökumət"-Mərənddə milli şüarlar əks olunan baner asılıb

2022-12-06

gun az article

Güneyli vəkil Qasım Bodiyə həbs cəzası verilib

2022-12-06