SON XƏBƏRLƏR

İranın kikboksinq üzrə dünya çempionu Almaniyaya sığınıb

2021.10.28, 09:46
İranın kikboksinq üzrə dünya çempionu Almaniyaya sığınıb

Gunaz.tv

Yayılan məlumata əsasən, İran Kikboksinq Milli Komandasının tərkibində İtaliyada keçirilən yarışlara qatılmaq üçün bu ölkəyə səfər edən gənc boksçu İran milli komandasının düşərgəsini tərk edərək Almaniyadan siyasi sığınacaq istəyib.


Bildirilir ki, Ümid Əhmədi Səfa qaldığı hoteli tərk etdikdən sonra Almaniyaya gedib və bu ölkəyə sığınıb. 


Bəzi media orqanlarının yaydığı xəbərə görə, Ümid Əhmədi Səfa sırf  israilli idmançı ilə şəkil çəkdirdiyinə görə İran təhlükəsizlik rəsmiləri tərəfindən hədələndikdən sonra dünya qızıl medalını qazanmaq cəhdindən vaz keçərək, həyatını qorumaq üçün Almaniyaya sığınmaq qərarına gəlib. 


Gənc idmançının Almaniyadan sığınacaq istəməsinin digər səbəbləri barədə hər hansı bir məlumat yayılmayıb.

تصویر 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar