SON XƏBƏRLƏR

İranın İlam şəhərində silahlı qarşıdurma olub-Bir neçə nəfər öldürülüb

2022.05.18, 08:19
İranın İlam şəhərində silahlı qarşıdurma olub-Bir neçə nəfər öldürülüb

Gunaz.tv

Qarşıdurmaya səbəb İlam əyalətinin Əmlakın İdarə Edilməsi Təşkilatının işdən çıxarılmış silahlı işçisinin idarə əməkdaşlarını girov götürməsi olub.

Məlumata görə, polis qüvvələrinin hadisə yerinə gəlməsindən sonra silahlı atışma olub və nəticədə 4 nəfər öldürülüb, 5 nəfər isə yaralanıb.

Girov götürən şəxsin intihar etdiyi, bir neçə nəfərin öldürülüb və yaralandığı, hadisə yerinə çox sayda ambulansın cəlb edildiyi bildirilir.

 Sosial media fəalları intihar hadisəsini təkzib edir və girov götürən şəxsin polis qüvvələri tərəfindən güllələndiyini, onu zərərszləşdirərkən başqa insanlarında öldürüldüyünü yazırlar. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar