SON XƏBƏRLƏR

İranın Ali Milli Təhlükəsizlik Şurasının başçısı: “Nüvə danışıqlarının davam etdirilməsi çətinləşib”

2022.02.14, 09:15
İranın Ali Milli Təhlükəsizlik Şurasının başçısı: “Nüvə danışıqlarının davam etdirilməsi çətinləşib”

Gunaz.tv

“İran hökumətinin yüksək rütbəli təhlükəsizlik rəsmisi bazar ertəsi bildirib ki, 2015-ci il nüvə sazişini xilas etmək üçün danışıqlarda irəliləyiş daha çətin olacaq, çünki Qərb gücləri özlərini bütün təşəbbüslərin sahib kimi göstərirlər”-deyə, Routers Şəmxaniyə istinadən bildirib.

Ali Milli Təhlükəsizlik Şurasının katibi fevralın 13-ü axşam yaydığı tvittdə Vyana danışıqlarında İranı təmsil edən heytin başçı Əli Baqiri ilə telefon əlaqəsi saxladığını yazıb.

“Müzakirəçilərin Tehranın məntiqi və hüquqi mövqeyini irəli aparmaqda çətinlikləri artır və Qərb tərəflərinin öhdəliklərdən yayınma təşəbbüsü çoxalır”-deyə, Əli Şəmxani, Baqiri ilə telefon danışığından sonra gəldiyi qənaəti paylaşıb.

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar