SON XƏBƏRLƏR

"Hər 10 dəqiqədə İranla bağlı bir təhrikedici xəbər yayılır"-Mədəniyyət naziri

2022.10.03, 08:08
"Hər 10 dəqiqədə İranla bağlı bir təhrikedici xəbər yayılır"-Mədəniyyət naziri

Gunaz.tv

İranlı nazir son günlər ölkədə baş verən kütləvi etiraz aksiyalarının mahiyyətini təhrif etməyə və bunun xarici qüvvələr tərəfindən yönləndirilməsi fikrini aşılamağa çalışıb.

O, Məhsa Əmininin ölümünün bəhanə olduğunu və bu nümayişlərin arxasında İrana qarşı başqa planların durduğunu iddia edib.

Nümayişlərin və yayılan xəbərlərin yeni Orta Doğu layihəsinə qulluq etdiyini, bunun isə Orta Doğunu bir neçə kiçik ölkəyə bölmək niyyəti ilə başladıldığını söyləyib və nümayişçilıəri muzdlular adlandırıb.

"Bir kəsim başı uca və ləyaqətli yaşamaq istəmirlər. Bir qrup satılmışın ölkədə nifaq və dağınıqlıq yaratmasına icazə verməməliyik",- deyə, Məhəmməd Mehdi İsmaili kütləvi etirazlara qoşulanları təhqir edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar