SON XƏBƏRLƏR

İranın Yəməndən qovulmuş səfiri koronavirusdan ölüb - FOTO

2021.12.21, 12:11
İranın Yəməndən qovulmuş səfiri koronavirusdan ölüb - FOTO

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün mediaya açıqlamasında məlumat yayıb. 

Xətibzadə iddia edib ki, Yəməndə koronavirusa yoluxan və bəzi ölkələrin (Səudiyyə Ərəbistanı-Red) gec əməkdaşlıq etməsi nəticəsində ağır vəziyyətdə ölkəyə qayıdan səfir Həsən İrlu bu gün səhər saltarında göstərilən bütün tibbi yardımlara baxmayaraq, müalicə aldığı xəstəxanada vəfat edib.

Səid Xətibzadə Həsən İrlunun koronavirusa necə yoluxması və onun ölkəyə qayıtmasının gecikdirilməsinin səbəbini açıqlamayıb.

Yayılan məlumatlara görə, SEPAH terror təşkilatının “Qüds” briqadasının üzvlərindən olan Həsən İrlu bir il əvvəl gizli yollarla Yəmənə getmişdi. O, İranın Yəməndə husilərin nəzarətində olan ərazilərdəki üzdəniraq səfiri idi.

Lakin husilərlə Tehran arasında son vaxtlar çıxan bəzi ixtilaflardan sonra və onların Səudiyyə Ərəbistanı ilə dialoqa girməsindən sonra husilər Həsən İrlunun Yəməndən qovulmasına razılıq vermiş, onun yerinə başqa hər hansı bir İran “dioplamat”ının Yəmənə gəlməyəcəyi  barədə rəsmi Ər-Riyadı əmin etmişdi.

Bunun ardınca İranın husilərin nəzdindəki üzdəniraq səfiri Həsən İrlu dekabrın 19-da Səudiyyə Ərəbistanı rəsmilərinin koordinasiyası bir İraq təyyarəsi ilə əvvəlcə Bağdada, oradan isə Tehrana qayıtmışdı. 

İran əsən İrlunun ağır koronavirusa oluxduğunu iddia etsə də, səudiyyə rəsmiləri onda Yəməni tərk edərkən koronavirusa yoluxması ilə bağlı hər hansı bir nişanəyə rast gəlmədiklərini bildiriblər.

Qeyd edilir ki, rəsmi Ər-Riyad husilər tərəfindən girov götürülmüş bir sıra Səudiyyə vətəndaşlarının azadlığa buraxılması şərti qarşılığında Həsən İrlunun Yəməndən çıxmasına razılıq verib. 

حسن إيرلو يتفقد مشاريع ترميم وسط صنعاء

حسن ایرلو

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar