SON XƏBƏRLƏR

İranın Həndbol Milli Komandasının üzvü Şaqayeq Bapiri İspaniyaya sığındığını bildirib - FOTO

2021.12.17, 11:02
İranın Həndbol Milli Komandasının üzvü Şaqayeq Bapiri İspaniyaya sığındığını bildirib - FOTO

Gunaz.tv

İran rejiminin idmançı qadınlara qarşı göstərdiyi müxtəlif təzyiqindən, istər ölkədə, istərsədə beynəlxalq yarışlarda onlara tətbiq etdiyi məcburi hicabdan və digər məhdudiyyətlərdən bezdini açıqlayan Şəqayeq Bapiri deyib ki, İspaniyaya səfərdən əvvəl İran rejimi komanda heyətinin üzvlərinin hər birindən 1 milyard 500 milyon tümən (təxminən 50 min dollar-Red) mülki vəsiqə girovu alıb.

“Biz həqiqətən də məhduduq. Əgər İranın Həndbol Federasiya bizim hər birimizdən 1 milyard 500 milyon tümən girov almasaydı, sizi əmin edirəm ki, komanda heyətindən heç kim geri (İrana-Red) qayıtmazdı”, -deyə Şəqayeq Bapiri bildirib.

Şəqayeq Bapiri həmçinin həmin gün “İran İnternational” telekanalında yaydığı bir video-çarxda İspaniyaya sığındığını və bu ölkədən siyasi sığınacaq istədiyini bildirib.

Xatırladaq ki, İspaniyada keçirilən dünya çempionatında iştirak edən İranın qadınlardan ibarət Həndbol Milli Komandasının üzvü Şəqayeq Bapiri dekabrın 14-ü axşam saatlarında komandanın düşərgəsini tərk edib. 

Yayılan məlumata görə, idmançı xanım PCR testi verdikdən sonra taksi ilə hotelə gedərkən istiqamətini dəyişərək yoxa çıxmışdı.

گفت‌وگوی اختصاصی شقایق باپیری با صدای آمریکا: اگر وثیقه نمی‌گرفتند هیچ یک  از اعضای تیم به ایران باز نمی‌گشت

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar