SON XƏBƏRLƏR

İranın Kohkiluye və Boyer Əhməd əyalətində 4,4 bal gücündə zəlzələ olub

2022.01.19, 13:56
İranın Kohkiluye və Boyer Əhməd əyalətində 4,4 bal gücündə zəlzələ olub

Gunaz.tv

İran Seysmoloji Mərkəzinin yaydığı xəbərə görə, zəlzələ bu gün yerli vaxtla saat 09:35 radələrində Çoram şəhərinin yaxınlığında yerin 13 kilometr dərinliyində qeydə alınıb. 

Güclü zəlzələ əyalətin digər bölgələrində və bəzi qonşu əyalətlərdə də hiss edilib.

Zəlzələ nəticəsində bir sıra kənd evlərinin divarlarında çatlar əmələ gəlsə də hər hansı dağıntılar və itkilər qeydə alınmayıb.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar