SON XƏBƏRLƏR

İranın Polis Komandanlığı üsyançıları hədələdi: "Sərt tədbirlər görüləcək"

2022.09.28, 08:25
İranın Polis Komandanlığı üsyançıları hədələdi: "Sərt tədbirlər görüləcək"

Gunaz.tv

Bəyanatda bildirilir ki, kütləvi etiraz nümayişlərində iştirak edənlər düşmən qüvvələrin tapışırıqlarını yerinə yetirir.

Komandanlıq yaydığı sənəddə İranın düşmənlərinin iğtişaşçılar vasitəsilə ölkənin təhlükəsizliyini pozmağa çalışdıqları iddia edib.

İran silahlı qüvvələri və polisinin birliyi barədə yazılan bəyanatda düşmənlərin planlarının baş tutmasına imkan verməyəcəyi deyilib.

Xatırladaq ki, İranın Polis Komandanlığının Sistan-Bəluçistan əyalətinin Rask şəhərindəki polis rəisi 15 yaşlı etnik bəluç qıza qarşı cinsi zorakılıq etdiyi üçün Rask və Çabahar şəhərlərində böyük etiraz aksiyaları başlayıb.

Yeniyetmə qızı zorlayan polis rəisinin məsuliyyətə cəlb olunmaması bəluç vətəndaşların qəzəbinə səbəb olub və onlar sentyabrın 27-i Çabahr şəhərində bir bələdiyyə, fərmandarlıq və başqa bir neçə dövlət idarəsinə hücum ediblər.

Qeyd edək ki, 11 gündür keçirilən kütləvi etiraz aksiyaları zamanı İran məmurlarının bir başa atəşi nəticəsində öldürülən 76 nəfərin imliyi təsdiq edilib.

Yaralıların yüzlərlə olduğu və ölüm sayının artacağı bildirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar